ADB Azərbaycanda strateji islahatlara dəstəyini 2023-cü ildən sonra davam etdirə bilər

Maliyyə
  • 23 noyabr, 2021
  • 13:11
ADB Azərbaycanda strateji islahatlara dəstəyini 2023-cü ildən sonra davam etdirə bilər

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda strateji islahatlara texniki dəstəklə bağlı bu ilin sentyabr ayında başa çatmış layihəni davam etdirməyi planlaşdırır. 

“Report” xəbər verir ki, qurumun layihəyə dair yekun hesabatına görə bu məsələ 2019-2023-cü illəri əhatə edən Azərbaycanla ADB arasındakı strateji tərəfdaşlıq proqramının son ili araşdırılmalıdır.

Hesabatda qeyd olunur ki, texniki dəstək ilkin olaraq 2018-ci ilin 1 fevral tarixindən 2019-cu ilin 31 mart tarixinədək nəzərdə tutulsa da, bütövlükdə ilyarım müddətinə uzadıldı ki, nəticədə iqtisadiyyatın şaxələndirilərək neft sektorundan asılılığını azaltmaq istiqamətində yeni təsisatları daha dolğun dəstəkləmək mümkün olub.

Hesabat müəlliflərinə görə, texniki yardım sayəsində Milli iqtisadiyyatın inkişafı üzrə Strateji Yol Xətirəsinin səmərəli icrasına, yeni fikirlərə və qabaqcıl beynəlxalq təcrübələrə əsasən strateji islahatların daha yüksək səviyyədə hazırlanaraq həyata keçirilməsinə nail olunub.

Texniki yardım çərçivəsində orta və uzunmüddətli dövr üçün dövlət müəssisələrinin iqtisadiyyatda rolunun qiymətləndirilməsi, dövlət müəssisələrinin səmərəliliyinin artırılmasının təhlili aparılıb, ölkədə rəqabətin inkişafının stimullaşdırılması üçün tədbirlərin görülməsinə, dövlət və özəl sektor arasında dialoqa yardım göstərilib.

Qeyd edək ki, ADB Azərbaycandakı strateji islahatların dəstəklənməsi üçün 225 min ABŞ dolları məbləğində texniki yardım ayırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti