ADB Azərbaycana yeni kredit ayırıb

ADB Azərbaycana yeni kredit ayırıb Bu vəsait iqtisadiyyatın diversifikasiyası üçün nəzərdə tutulub
Maliyyə
7 Dekabr , 2016 10:01
ADB Azərbaycana yeni kredit ayırıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Asiya İnkişaf Bankı (ADB) Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün 500 mln. ABŞ dolları məbləğində kredit ayırıb. 

“Report” xəbər verir ki, bu vəsait həm də yeni iş yerlərinin açılması üçün xərclənəcək.

Bankın açıqlamasında deyilir ki, bu, hökumətin 1,4 mlrd. dollarlıq iqtisadiyyatın təşviqi paketinin genişlənməsinə səbəb olacaq.

Bu kredit ümumilikdə 3,7 mln. insanın yaxud əhalinin 1/3-dən çoxunun sosial problemlərinin həllinə dəstək verəcək.

Həmçinin, ADB Azərbaycanda makrofiskal islahatları dəstəkləmək üçün texniki yardım qismində 1,2 mln. dollar ayırıb.

“ADB Azərbaycanda dayanıqlı inkişafı dəstəkləyəcək və onun uzunmüddətli olmasına yardım edəcək”, - deyə Bankın Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Şon O'Sallivan deyib.

Son xəbərlər

Orphus sistemi