"Accessbank" keçirdiyi kredit kampaniyasının müddətini uzadıb
- 17 yanvar, 2018
- 07:15
Bakı. 17 yanvar. REPORT.AZ/ “Accessbank” QSC keçirdiyi "Üçü var idi, üçü yox idi" adlı kredit kampaniyasının müddətini bu ayın sonuna qədər uzadıb.
Bu barədə “Report”a Bankdan bildirilib.
Məlumata görə, kampaniya çərçivəsində “Accessbank”dan mikro, aqro və istehlak krediti götürən müştərilərə aylıq ödənişlərdə istənilən 3 ay güzəşt müddəti kimi verilir və onlar əsas borc məbləğinin qaytarılmasından azad edilir, yəni ödənişi növbəti aylarda həyata keçirirlər. Üstəlik kredit üzrə son 3 ayın faizləri hədiyyə edilir. Başqa sözlə, 3 ay güzəşt müddəti var, 3 ay faiz ödənilməsi yoxdur.
Kreditər azı 15 aylıq müddətə ayrılır. Mikro və aqro kreditlərin maksimal məbləği 50 min manat, nağd pul kreditlərinin maksimal məbləği isə 20 000 manat təşkil edir. Kreditlər üzrə illik faiz dərəcəsi 23%-dən başlayır.
Ətraflı məlumatı “Accessbank”ın rəsmi internet səhifəsindən, “Facebook” və “Twitter” sosial şəbəkələrindəki səhifələrindən, eləcə də 151 Əlaqə Mərkəzindən əldə etmək olar.