"AccessBank" "e-Manat" ilə əməkdaşlığa başlayıb

Maliyyə
  • 05 iyun, 2018
  • 07:23
AccessBank e-Manat ilə əməkdaşlığa başlayıb

Bakı. 5 iyun. REPORT.AZ/ "AccessBank" "Modenis" MMC (eManat) ilə əməkdaşlığa başlayıb. 

"Report" xəbər verir ki, artıq bankın müştəriləri "e-Manat" terminalları vasitəsilə kreditlərini ödəyə, hesablarını artıra bilərlər.

Qeyd edək ki, "e-Manat" terminalları vasitəsilə kredit ödənişləri ilə yanaşı, aşağıda qeyd olunan xidmətlər də müştərilərin ixtiyarına verilib:

∙ Cari hesablara mədaxil;

∙ Kredit kartlarına ödənişlər və mədaxil;

∙ Debit kart hesablarına mədaxil;

∙ "Əlverişli" əmanət hesabına mədaxil;

∙ Yığım əmanətinin artırılması.

Müştərilər "AccessBank"ın məhsullarından istifadə etmək üçün terminalda "AccessBank" bölməsinə daxil olmalı və müştəri növünə uyğun növbəti məlumatları əlavə etməlidir:

∙ Fiziki şəxlər (və fərdi sahibkar) - müştəri kodu və şəxsiyyəti təsdiq edən sənədin seriyası;

∙ Hüquqi şəxslər- müştəri kodu və VÖEN;

Terminallardan istifadə zamanı:

∙ Minimal yatırım məbləği 1 AZN, maksimal məbləğ 800 AZN təşkil edir;

∙ Terminal yalnız AZN əskinasları qəbul edir. Valyuta hesablarına mədaxil olunan vəsaitlər bankın həmin günə olan satış məzənnəsinə əsasən həyata keçirilir;

∙ Kredit və yığım əmanəti üzrə hesablara mədaxil aylıq ödəniş çərçivəsində müəyyən olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti