"AccessBank" QSC müştərilərinə əlavə dəyər yaratmaq və lombard kreditlərinin satışını təşviq etmək məqsədilə ilk dəfə olaraq “Qızıl Şans” stimullaşdırıcı lotereya kampaniyasına start verdiyini elan edir. Lotereya kampaniyası 17 aprel 2025-ci il tarixindən başlayır və iki tiraj üzrə həyata keçiriləcək.
“Qızıl Şans” lotereyasında yalnız aşağıdakı tarixlərdə "AccessBank"dan lombard krediti əldə etmiş müştərilər iştirak edə bilərlər:
- I tiraj: 17.04.2025 – 15.08.2025
- II tiraj: 16.08.2025 – 19.12.2025
Müştərilər lombard krediti müqabilində hər 1 000 AZN üçün 1 iştirak şansı qazanacaqlar.
Hər tirajda 12 qalib təsadüfi seçim əsasında müəyyən olunacaq. Qaliblərə dəyərli qızıl külçələr təqdim ediləcək:
- I yer – 50 qr 999.99 əyyarlı qızıl külçə (1 nəfər)
- II yer – 30 qr qızıl külçə (2 nəfər)
- III yer – 20 qr qızıl külçə (3 nəfər)
- IV yer – 10 qr qızıl külçə (6 nəfər)
Qaliblər 28 avqust və 26 dekabr 2025-ci il tarixlərində Accessbank-ın Baş ofisində keçiriləcək tiraj zamanı müəyyən ediləcək. Seçim prosesi Excel Macros proqramı vasitəsilə təsadüfi qaydada aparılacaq və "AccessBank"ın rəsmi sosial media hesablarında canlı yayımlanacaq.
İştirak şərtləri:
- Lotereyada yalnız 18 yaşı tamam olmuş Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilər.
- Lotereya bileti kimi lombard kredit müqaviləsinin nömrəsi əsasında bank tərəfindən təqdim edilən rəsmi blank çıxış edir.
- İştirak yalnız lombard kreditlərinə şamil olunur; istehlak, mikro və digər kreditlər nəzərə alınmır.
- Hər müştəri yalnız bir dəfə qalib ola bilər.
- İlk tirajda qalib olan müştərilər ikinci tirajda iştirak hüququna malik deyillər.
- Qalibin kredit öhdəlikləri tam bağlanmayıbsa, uduş təqdim edilmir.
- Uduşların pul ekvivalenti təqdim olunmur.
Tiraj nəticələri və kampaniya ilə bağlı daha ətraflı məlumat
"AccessBank" Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin
*AccessBank" Azərbaycan Mərkəzi Bankının verdiyi 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3 ünvanında yerləşir.