ABŞ-ın III rübdə iqtisadi artım tempi 3,5% təşkil edib

Maliyyə
  • 22 dekabr, 2016
  • 16:11
ABŞ-ın III rübdə iqtisadi artım tempi 3,5% təşkil edib

Bakı. 22 dekabr. REPORT.AZ/ ABŞ-ın 2016-cı ilin III rübünün yekun iqtisadi artım tempi illik müqayisədə 3,5% təşkil edib. 

"Report"  RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu ölkədə III rüb ilkin ÜDM artımı 2,9%, ikinci qiymətləndirmədə 3,2% olub. Birinci rübdə ABŞ iqtisadiyyatı illik müqayisədə 1,4%, ikinci rübdə isə 0,8% artım göstərib.

"Report"un analitik qrupu bildirir ki, ABŞ iqtisadiyyatından gələn müsbət xəbərlər dolların möhkəmlənməsini davam etdirəcək və yaxın iclaslarda FES-in yenidən uçot dərəcələrini artırmasına səbəb olacaq.

44 filmi