“Report”un xəbər verdiyi kimi, Avropa fond bazarlarında noyabrın 28-də FTSE 100 indeksi 0,01% - 6 723 bəndədək enib, Almaniya DAX-ı 0,1% - 9 981 bəndədək, Fransa CAC-40-ı 0,2% - 4 390 bəndədək yüksəlib.
Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% azalaraq 1 175,50 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2452 dollar (-0,1%) təşkil edib.