ABŞ dollarının zəifləməsi fonunda qızıl bahalaşıb

ABŞ dollarının zəifləməsi fonunda qızıl bahalaşıb ABŞ dollarının zəifləməsi fonunda dünya bazarlarında qızılın qiyməti cüzi artıb. İnvestorların əsas diqqəti ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsi ilə bağlı qərarına yönəlib.
Maliyyə
18 İyul , 2022 09:53
ABŞ dollarının zəifləməsi fonunda qızıl bahalaşıb

ABŞ dollarının zəifləməsi fonunda dünya bazarlarında qızılın qiyməti cüzi artıb. İnvestorların əsas diqqəti ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsi ilə bağlı qərarına yönəlib.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,54 % və ya 9,15 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 712,54 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,89 % artaraq 1 unsiyası 18,76 ABŞ dolları təşkil edib.

ABŞ dollarının indeksi 0,15 % düşərək 107,91 bəndə enib. Ucuz ABŞ dolları xammal materiallarını, o cümlədən qızılı başqa valyutalarla alış üçün əlçatan edir.

Gələn həftə FES-in növbəti iclası keçiriləcək. Analitiklər hesab edirlər ki, iclasda uçot dərəcəsinin 75 baza bəndi səviyyəsində artrılaraq 2,25-2,5 %-ə çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi