ABŞ-da iqtisadi göstəricilər proqnozları doğrultmayıb

ABŞ-da iqtisadi göstəricilər proqnozları doğrultmayıb Buna baxmayaraq, ABŞ dollarının möhkəmlənməsi davam edəcək
Maliyyə
3 Noyabr , 2017 16:48
ABŞ-da iqtisadi göstəricilər proqnozları doğrultmayıb

Bakı. 3 noyabr. REPORT.AZ/ ABŞ-da oktyabr ayı üzrə bir sıra önəmli iqtisadi göstəricilər açıqlanıb.

"Report" xəbər verir ki, bundan işsizlik göstəricisi proqnozları üstələsə də, digər göstəricilər zəif olub. Belə ki, oktyabrda işsizlik göstəricisi 4,2% proqnozlaşdırıldığı halda, faktiki 4,1% olub.

Orta saathesabı əmək haqqının 0,2% artması gözlənildiyi halda, bu göstəricidə dəyişiklik olmayıb. Həmçinin kənd təsərrüfatı sektoru xaric məşğulluq göstəricisi 310 min nəfər ehtimalı əvəzində 261 min nəfər artıb. Həmçinin xarici ticarətin mənfi saldosu sentyabr ayında proqnozlardan 300 mln. dollar çox - 43,5 mlrd. dollar olub.

Nəticədə dollar ucuzlaşmağa başlayıb. Əsas valyuta cütlüyü olan USD/EUR isə 1,1640 səviyyəsindən 1,1690 səviyyəsinə qədər yüksəlib.

"Report"un analitik qrupu qeyd edir ki, göstəricilərin nisbi zəifləməsinə baxmayaraq, dolların avroya qarşı möhkəmlənəcəyi və məzənnənin qısa zamanda 1,16 USD/EUR səviyyəsindən aşağı düşəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi