ABŞ-da iqtisadi artımla bağlı proqnoz yeniləndi

ABŞ-da iqtisadi artımla bağlı proqnoz yeniləndi ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) ölkənin ümumi daxili məhsulunun (ÜDM) artımına dair proqnozlarını yeniləyib.
Maliyyə
17 Sentyabr , 2020 17:21
ABŞ-da iqtisadi artımla bağlı proqnoz yeniləndi

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) ölkənin ümumi daxili məhsulunun (ÜDM) artımına dair proqnozlarını yeniləyib. 

“Report” bu barədə “İnterfax” agentliyinə istinadən xəbər verir. 

Məlumata görə, qurum 2020-ci ildə iqtisadi geriləmə ilə bağlı iyunda verdiyi 6,5%-lik proqnozu 3,7%-ə endirib, 2021-ci ildə ölkədə 4% (əvvəl 5% idi), 2022-ci ildə isə 3% (əvvəl 3,5% idi) iqtisadi artım olacağını bəyan edib. FED həmçinin 2023-cü ildə ÜDM-də 2,5% artım olacağını açıqlayıb. 

Tənzimləyici qurum ölkədə işsizlik səviyyəsi ilə bağlı da yeni proqnozlar açıqlayıb. Bu göstərici üzrə proqnoz 2020-ci il üçün 9,3 %-dən 7,6%-ə, 2021-ci il üçün 6,5%-dən 5,5%-ə, 2022-ci il üçün 5,5%-dən 4,6%-ə endirilib, 2023-cü il üçün isə 4% müəyyən edilib. 

FED inflyasiya proqnozunu da yeniləyib. İstehlak qiymətləri indeksi 2020-ci il üçün 0,8%-dən 1,2%-ə, 2021-ci il üçün 1,6%-dən 1,7%-ə, 2022-ci il üçün 1,7%-dən 1,%-ə qaldırılıb, 2023-cü il üçün isə 2% müəyyən edilib. Ərzaq və enerji daşıyıcıları istisna olmaqla inflyasiya proqnozu isə 2020-ci il üçün 1%-dən 1,5%-ə, 2021-ci il üçün 1,5%-dən 1,7%-ə, 2022-ci il üçün 1,7%-dən 1,8%-ə qaldırılıb, 2023-cü il üçün isə 2% müəyyən edilib. 

Son xəbərlər

Orphus sistemi