ABŞ-da ipoteka faizləri ən aşağı həddə düşdü

ABŞ-da ipoteka faizləri ən aşağı həddə düşdü ABŞ-da ipoteka kreditlərinin qiyməti cari ilin əvvəlindən 11-ci dəfədir tarixi minimum həddinə çataraq son 13 həftədir 3 faizdən aşağı səviyyədə qalır.
Maliyyə
534
23 Oktyabr , 2020 15:54
ABŞ-da ipoteka faizləri ən aşağı həddə düşdü

ABŞ-da ipoteka kreditlərinin illik faiz dərəcəsi bu ilin əvvəlindən 11-ci dəfə tarixi minimal həddə düşərək 3%-dən aşağıda qərarlaşıb.

“Report” xəbər verir ki, bu barədə “Freddie Mac” dövlət ipoteka şirkəti məlumat yayıb.

Şirkətin esabatına görə, hazırda 30 illik ipoteka kreditlərinin orta illik dərəcəsi ötən həftədəki 2,81%-ə qarşı bu gün 2,8% təşkil edib ki, bu da sözügedən göstəricinin hesablanmağa başladığı 1971-ci ildən bu yana ən aşağı həddir. Ötən il ərzində həmin dərəcə orta hesabla 3,9%, 2018-ci ildə isə 4,54% olub.

Həmçinin 15 illik kreditlər ötən həftədəki 2,35%-ə qarşı hazırda 2,33%, 5 illik kreditlər isə 2,93%-ə qarşı 2,9%-l verilir. Həmin dərəcələrdə müvafiq komissiya və s. ödənişləri əhatə etmir.

“MarketWatch” xəbər verir ki, ipotekanın ucuzluğu alıcıları cəlb edərək əvvəlki kreditlərə dair ödəmələrin artmasına gətirib çıxarsa da, satışa çıxarılan evlərin azlığı ilə yanaşı, daşınmaz əmlakın bahalaşmasına səbəb olur.

Bununla yanaşı, 10 illik “US Treasuries” dövlət istiqrazlarının gəlirlilik dərəcəsi ötən həftədəki 0,737%-ə qarşı dünən 0,838% təşkil edib.

Son xəbərlər

Orphus sistemi