ABA: Bank sektorundakı izafi likvidliyin iqtisadiyyata ötürülməsi problemi var

ABA: Bank sektorundakı izafi likvidliyin iqtisadiyyata ötürülməsi problemi var Bakı. 22 noyabr. REPORT.AZ/ Banklardan yığılmış dollar vəsaitlərinin manata konvertasiya edilməsi və ya manatla “svop” edilməsi əməliyyatları aparılmalıdır.
Maliyyə
22 Noyabr , 2018 12:25
ABA: Bank sektorundakı izafi likvidliyin iqtisadiyyata ötürülməsi problemi var
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev / Report/ Orkhan Azim
0 : 00
0 : 00

Bakı. 22 noyabr. REPORT.AZ/ "Banklardan yığılmış dollar vəsaitlərinin manata konvertasiya edilməsi və ya manatla “svop” edilməsi əməliyyatları aparılmalıdır".

"Report"un veridiyi xəbərə görə, bu barədə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev məlumat verib.

"Bank sektorunda 5 mlrd. manata yaxın izafi likvidlik yığılıb. Bu vəsaitlərin iqtisadiyyata ötürülməsi üzrə problemlər var. Keçmiş devalvasiyaların təcrübəsi göstərir ki, dolların bahalaşması yerlərdə kiçik və orta biznesin fəaliyyətində ciddi problemlər yarada bilər. Banklardan yığılmış hazırkı dollar vəsaitlərinin manata konvertasiya edilməsi və ya manatla “svop” edilməsi əməliyyatları, təbii ki, digər faktorlar nəzərə alınmaqla önəmli olardı. Hazırda bank sektorunda vəsait çatışmamazlığı, likvidlik problemi deyil, əksinə izafi likvidliyin iqtisadiyyata ötürülməsi məsələsi gündəmdədir", - Z.Nuriyev vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi