"A-Qrup Sığorta"nın xalis mənfəəti 3 dəfə azalıb

Maliyyə
  • 10 mart, 2022
  • 05:18
A-Qrup Sığortanın xalis mənfəəti 3 dəfə azalıb

“A-Qrup Sığorta” ASC 2021-ci ili 1,013 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 2,8 dəfə azdır.

Ötən il “A-Qrup Sığorta”nın gəlirləri 20,528 milyon manat (əvvəlki ilə nisbətən 19,1% çox), xərcləri 19,262 milyon manat (40,4 % çox), mənfəət vergisi ödəmələri isə 253 min manat (64% az) təşkil edib.

Bu il yanvarın 1-nə “A-Qrup Sığorta”nın aktivləri 25,392 milyon manat olub ki, bu da illik müqayisədə 10,2% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 7,7% azalaraq 13,057 milyon manata, balans kapitalı isə 12,7% azalaraq 12,336 milyon manata düşüb.

Xatırladaq ki, “A-Qroup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100 % Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.