“A-Qrup Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

Maliyyə
  • 23 fevral, 2023
  • 06:12
“A-Qrup Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

Martın 3-ü, saat 12:00-da “A-Qrup Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 87A ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin illik hesabatları və maliyyə hesabatları daxildir.

Xatırladaq ki, “A-Qroup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100 % Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.