Samir Şərifov: "Bakı və Sumqayıtda 512 hərbçi tam təmirli mənzillərlə təmin olunacaq"

Samir Şərifov: "Bakı və Sumqayıtda 512 hərbçi tam təmirli mənzillərlə təmin olunacaq" Azərbaycanda 512 hərbi qulluqçu Bakı və Sumqayıt şəhərlərində tam təmirli mənzillərlə təmin olunacaq.
İnfrastruktur
27 Dekabr , 2024 14:22
Samir Şərifov: Bakı və Sumqayıtda 512 hərbçi tam təmirli mənzillərlə təmin olunacaq
Samir Şərifov

Azərbaycanda 512 hərbi qulluqçu Bakı və Sumqayıt şəhərlərində tam təmirli mənzillərlə təmin olunacaq.

“Report” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bununla bğlı Azərbaycan Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclasında qərar verilib.

Komissiyanın sədri, maliyyə naziri Samir Şərifov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi istiqamətində Fərmanla qarşıya qoyulan vəzifələrin icrası olaraq Azərbaycan Ordusunun minlərlə hərbi qulluqçusunun dövlətin bu mühüm sosial proqramından bəhrələnərək mənzillərlə təmin olunduğunu qeyd edib.

Nazir bildirib ki, bu günə qədər dövlət vəsaiti hesabına 20 il və daha çox xidmət etmiş 4 027 nəfər hərbi qulluqçu mənzillərlə təmin olunub. Komissiya tərəfindən Müdafiə Nazirliyinin təqdim etdiyi siyahılar əsasında mənzil növbəsinə mütəmadi baxıldığını və vaxtaşırı mənzil almaq hüququ qazanan hərbi qulluqçuların mənzil növbəsinə əlavə edildiyini diqqətə çatdıran komissiyanın sədri qeyd edib ki, cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş 35 milyon manat vəsait hesabına daha 512 tam təmirli mənzil alınaraq Komisiyyanın qərarı ilə hərbi qulluqçulara verilməsi təmin olunmalıdır.

Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında 901 nəfər hərbi qulluqçunun mənzil növbəsinə qəbul edilməsi barədə qərar qəbul edilib.

Komissiya həmçinin, hazırda mənzil növbəsində olan 381 hərbi qulluqçunun Bakı və Sumqayıt şəhərlərində tam təmirli mənzillərlə təmin olunmasına, eyni zamanda, 131 nəfər hərbi qulluqçuya mənzilin verilməsinə dair məsələnin 2025-ci ilin fevral ayında keçiriləcək iclasda mənzillərin Müdafiə Nazirliyi tərəfindən püşkatma yolu ilə növbəsi çatmış hərbi qulluqçular arasında bölgüsünün nəticələri əsasında baxılması qərara alınıb.

Son xəbərlər

Orphus sistemi