2019-cu ildə Neft Fondunun gəlirlərinin artacağı, xərclərinin azalacağı proqnozlaşdırılır

2019-cu ildə Neft Fondunun gəlirlərinin artacağı, xərclərinin azalacağı proqnozlaşdırılır Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2019-ci il üçün hazırlanan büdcə layihəsində gəlirləri 15 579,2 mln. manat, xərcləri isə 11 364,3 mln. manat həcmində nəzərdə tutulur.
Maliyyə
2008
23 Oktyabr , 2018 13:30
2019-cu ildə Neft Fondunun gəlirlərinin artacağı, xərclərinin azalacağı proqnozlaşdırılır
0 : 00
0 : 00

Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2019-ci il üçün hazırlanan büdcə layihəsində gəlirləri 15 579,2 mln. manat, xərcləri isə 11 364,3 mln. manat həcmində nəzərdə tutulur.

"Report"  bu barədə "2019-ci ilin dövlət və icmal büdcələri üzrə layihəsi"nə istinadən xəbər verir.

Fondun gəlirlərinin 2018-ci ilin proqnozu ilə müqayisədə 1,75% çox, xərclərinin isə 0,7% az olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, 2018-ci ildə Fondun gəlirlərinin 15 310,8 mln. manat, xərclərinin isə 11 448,3 mln. manat olacağı gözlənilir. 2017-ci ildə ARDNF-in gəlirləri 12 137,5 mln. manat, xərcləri isə 10 997,4 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi