10 məktəbin layihə-smeta sənədləri 2 milyon manata başa gələcək
- 14 may, 2020
- 14:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Bakı şəhərində və Abşeron rayonunda 7 yeni məktəbin tikintisi, eləcə də 3 məktəbin əsaslı təmirinə və onlar üçün yeni korpusların inşası üzrə layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı elan etdiyi 10 açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlerin qalibləri "Sosial-İnkişaf Layihə" (5 tender), "HH Architects" (2 tender), "Feniks-AA" (1 tender) MMC-lər, "Azərdövlətsənayəlayihə" (1 tender) və "Azkommunallayihə" (1 tender) institutları olub.
Qalib şirkətlərə ümumilikdə 1 918 270 manat ödəniləcək.
| | Tenderin mahiyyəti | Qalibin adı | Təklifin qiyməti (manat) |
| 1 | Xırdalan şəhəri, 8 saylı tam orta məktəbin sökülərək yerində 960 şagird yerlik yeni binanın tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması | “Sosial-inkişaf layihə” MMC | 156 380 |
| 2 | Bakı şəhəri, 136 saylı tam orta məktəbin əsaslı təmiri və 900 şagird yerlik əlavə korpusun tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması | “Sosial-inkişaf layihə” MMC | 215 950 |
| 3 | Abşeron rayonu, 2 saylı tam orta məktəbin sökülərək yerində 2 000 şagird yerlik yeni binanın tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması | “Sosial-inkişaf layihə” MMC | 256 940 |
| 4 | Abşeron rayonu, 1 saylı tam orta məktəbin əsaslı təmiri və 960 şagird yerlik əlavə korpusun tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması | “Sosial-inkişaf layihə” MMC | 166 230 |
| 5 | Bakı şəhəri, 313 saylı tam orta məktəbin əsaslı təmiri və 800 şagird yerlik əlavə korpusun tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması | “Sosial-inkişaf layihə” MMC | 155 410 |
| 6 | Bakı şəhəri, Binəqədi qəsəbəsinin 3-cü mədən küçəsində 1600 şagird yerlik yeni məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması | "Azərdövlətsənayelayihə” institutu | 205 680 |
| 7 | Bakı şəhəri, Xocasən qəsəbəsinin Aprel Zəfəri küşəsində 1200 şagird yerlik yeni məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması | “Azkommunallayihə” institutu | 175 920 |
| 8 | Abşeron rayonu, Masazır qəsəbəsi, "Yeni Bakı" yaşayış massivində 1 200 şagird yerlik yeni məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması | “HH Architects” MMC | 174 630 |
| 9 | Abşeron rayonu, Xırdalan şəhərinin "Kristal-2" adlanan ərazisində 2 000 şagird yerlik yeni məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması | “HH Architects” MMC | 256 870 |
| 10 | Abşeron rayonu, Masazır qəsəbəsinin "Yoncalıq" adlanan ərazisində 960 şagird yerlik yeni məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması | “Feniks-AA” MMC | 154 260 |
| | Cəmi | 1 918 270 |