WADA Azərbaycanı "məcəlləyə uyğun olmayan ölkələr" siyahısından çıxarıb

Komanda
  • 17 fevral, 2017
  • 19:01
WADA Azərbaycanı məcəlləyə uyğun olmayan ölkələr siyahısından çıxarıb

Bakı. 17 fevral. REPORT.AZ/ Ümumdünya Antidopinq Agentliyi (WADA) Azərbaycanın antidopinq təşkilatını milli agentliklər məcəlləsinə uyğun olmayanlar siyahısından çıxarıb.

"Report" xəbər verir ki, bu barədə WADA-nın press-relizində bildirilir.

"Azərbaycanda yeni qanunlar qəbul olunub, hər şey mövcud məcəlləyə uyğunlaşdırılıb", - deyə məlumatda qeyd olunur.