Türkiyənin voleybol klubu Çempionlar Liqasının qalibi olub

Türkiyənin voleybol klubu Çempionlar Liqasının qalibi olub "Vakıfbank" finalda Rumıniyanın “Alba Blaj” komandasını məğlub edib
Komanda
7 May , 2018 04:24
Türkiyənin voleybol klubu Çempionlar Liqasının qalibi olub

Buxarest. 7 may. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarestdə qadınlar arasında voleybol üzrə Çempionlar Liqası yarışlarının “Dördlər finalı” başa çatıb.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, paytaxtın “Polivalenta” idman sarayında keçirilən final qarşılaşmasında Türkiyənin “Vakıfbank” və Rumıniyanın “Alba Blaj” komandaları üz-üzə gəliblər.

Bir saat 10 dəqiqə davam edən final görüşündə İstanbul təmsilçiləri meydan sahiblərini 3-0 (25:17, 25:11, 25: 17) hesabı ilə məğlub edərək, turnirin qızıl medallarını qazanıblar. Beləliklə, “Vakıfbank” klubunun voleybolçuları ardarda 2-ci, ümumilikdə isə 4-cü dəfə möhtəbər turnirin qalibi qismində ÇL kubokunu başları üzərlərinə qaldırıblar.

Turnirin bürünc medallarını isə İtaliyanın “Konelyano” kollektivi qazanıb. 3-cü yer uğrunda mübarizədə İtaliya təmsilçiləri Türkiyənin digər klubu “Galatasaray”ı 3-0 hesabı ilə məğlub ediblər.

Son xəbərlər

Orphus sistemi