​"Tour d`Azerbaidjan"da üçüncü mərhələyə yekun vurulub

​"Tour d`Azerbaidjan"da üçüncü mərhələyə yekun vurulub Azərbaycan klubunun üzvü qırmızı köynəyə sahib olub
Komanda
8 May , 2015 15:03
​Tour d`Azerbaidjanda üçüncü mərhələyə yekun vurulub

Bakı. 8 may. REPORT.AZ/ Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d` Azerbaidjan-2015" beynəlxalq veloyürüşündə üçüncü mərhələyə yekun vurulub. "Report"un məlumatına görə, yürüşün startı Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısından verilib.

Velosipedçilər Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə ümumilikdə 177,2 km məsafə qət ediblər.

Əvvəlcə ilkin aralıq sprint yarışmasının qalibi müəyyənləşib. Bu, İsrailin "Cycling Academy Tour" klubunun üzvü Daniel Turekdir.

Finiş Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısında olub. İrlandiyanın "An Post - Chain Reaction" klubunun üzvü Coşua Tomas Edmondson qalib gəlib. O, məsafəni 4 saat 7 dəqiqə 28 saniyəyə qət edib. İkinci yeri Sloveniya klubundan Marko Kump, üçüncü yeri isə Azərbaycanın "Synergy Baku" komandasının üzvü Matey Mügerli tutub. Onlar liderdən 1 saniyə geri qalıblar. "Synergy Baku"nun daha bir üzvü Aleksandr Surutkoviç dağ kralı olduğu üçün qırmızı, Primoş Roqliç yarışın ilk 3 mərhələsinin lideri olduğu üçün göy köynəyə sahib olub.

Son xəbərlər

Orphus sistemi