​Bakıda su polosu üzrə beynəlxalq turnirin açılış mərasimi olub - FOTO

​Bakıda su polosu üzrə beynəlxalq turnirin açılış mərasimi olub - FOTO Açılış mərasimi Bakı Su İdmanı Mərkəzində baş tutub
Komanda
7 May , 2015 18:18
​Bakıda su polosu üzrə beynəlxalq turnirin açılış mərasimi olub - FOTO

Bakı. 7 may. REPORT.AZ/ Bu gün Azərbaycan Üzgüçülük Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə start götürən ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən su polosu üzrə beynəlxalq turnirin açılış mərasimi keçirilib. "Report"un məlumatına görə, Bakı Su İdmanı Mərkəzində keçirilən açılış mərasimində Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev, millət vəkili Rauf Əliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Beynəlxalq Üzgüçülük Federasiyasının nümayəndəsi iştirak edib.

Qonaqları və yarış iştirakçılarını salamlayan X.Fətiyev bu yarışın sayca üçüncü olduğunu bildirib. Turnirin maraqlı olacağını söyləyən federasiya prezidenti iştirakçılara uğurlar arzulayıb.

Sonra çıxış üçün söz gənclər və idman nazirinin müavini İsmayıl İsmayılova verilib. Azərbaycanda xeyli sayda beynəlxalq yarışların keçirildiyini deyən nazir müavini Prezident İlham Əliyevin idmana göstərdiyi qayğıdan danışıb.

Millət vəkili Rauf Əliyev isə Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı görülən işlərdən söz açıb. O, gələcəkdə bu cür beynəlxalq turnirlərin ənənəvi hal alacağına ümid etdiyini bildirib.

Açılış mərasiminin sonunda çıxış edən Beynəlxalq Su Polosu Federasiyasının nümayəndəsi federasiya prezidenti Paollo Barellinin xüsusi təbrik məktubunu qonaqların diqqətinə çatdırıb.

Mərasim başa çatdıqdan sonra komandalar hovuzda qüvvələrini sınayıblar.

Qeyd edək ki, yarışda Azərbaycan yığması ilə yanaşı, Macarıstan, İtaliya, Rusiya, Türkiyə, Yunanıstan, Gürcüstan və Qazaxıstan yığmaları da iştirak edir. Turnirdə 8 komanda 2 qrupda əvvəlcə dairəvi sistem, sonra isə yerlər uğrunda mübarizə aparacaqlar. 4 gün davam edəcək yarışların qalıbləri medallar və diplomlar və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Son xəbərlər

Orphus sistemi