"Şəki"nin baş məşqçisi: "Bu gün diqqətimizi tamamilə müdafiəyə yönəltmişdik"

"Şəki"nin baş məşqçisi: "Bu gün diqqətimizi tamamilə müdafiəyə yönəltmişdik" Bu gün tamamilə diqqətimizi müdafiəyə yönəltmişdik.
Komanda
15 yanvar 2025 16:19
Şəkinin baş məşqçisi: Bu gün diqqətimizi tamamilə müdafiəyə yönəltmişdik

Bu gün diqqətimizi tamamilə müdafiəyə yönəltmişdik.

"Report" xəbər verir ki, bunu "Şəki"ın baş məşqçisi Bedri Meriç "Gəncə"yə qarşı Azərbaycan Basketbol Liqasının IX turunun təxirə salınmış oyunundan sonra deyib.

Mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında qələbəyə görə sevincli olduqlarını bildirib:

"Bu gün diqqətimizi tamamilə müdafiəyə yönəltmişdik. "Gəncə" ilə ilk oyunumuzdakı səhvləri xatırlayırdıq. Həmin matçda vacib 2 oyunçumuzun zədələnməsi nəticəsində uduzmuşduq. Bu dəfə isə tam heyətlə meydana çıxmışdıq və qələbə qazandıq. Qrupda lider olmağımız motivasiya baxımından önəmlidir. Həmçinin kubokda mübarizəyə 1/4 finaldan başlayacağıq. Ona görə də bu qələbə çox vacib idi. Oyunçularımı qələbə münasibətilə təbrik edirəm".

Qeyd edək ki, "Şəki" - "Gəncə" qarşılaşması birincilərin 72:66 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi