"Sabah"la oyunda zədələnən "Abşeron Lions"un basketbolçusu Ceylon Şounun durumu bəlli olub
Komanda
- 01 aprel, 2026
- 13:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün XX turunda - "Sabah"la oyunda zədələnən "Abşeron Lions"un amerikalı basketbolçusu Ceylon Şounun durumu bəlli olub.
Klubdan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, qarşılaşmanın dördüncü periodunda xərəkdə meydanı tərk edən oyunçu dərhal xəstəxanaya aparılaraq müayinədən keçirilib.
Aparılan tibbi yoxlamalar nəticəsində basketbolçunun dizində sümük zədəsi, meniskində yerdəyişmə və ön çarpaz bağında qismən qopma aşkarlanıb.
Oyunçunun müalicə və bərpa prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdirilir.
Xatırladaq ki, dünən Bakı İdman Sarayında keçirilən qarşılaşma "Sabah"ın 105:72 hesablı qələbəsi ilə yekunlaşıb.
Son xəbərlər
03:15
Müxalifətin namizədi İsrail Knessetinin spikeri seçilib
Digər ölkələr
02:33
Millətlər Liqasında pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib
Futbol
02:14
Norveçdə pensiya yaşı artırıla bilər
Digər ölkələr
01:44
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
Futbol
01:19
Azərbaycanın qadın basketbol millisi İslandiyaya məğlub olub
Komanda
01:10
Apple xidmətlərində yaranan nasazlığın səbəbini açıqlayıb
İKT
00:36
Günəşdə güclü alışma baş verib
Ekologiya
00:03
Foto
Cəlilabadda bələdiyyə sədri qəfil vəfat edib
Hadisə
23:54
MEE: ABŞ HHM sahəsində Səudiyyə Ərəbistanına kömək edəcək
Digər ölkələr