“Sabah” FİBA Avropa Kubokuna qələbə ilə başlayıb

Komanda
  • 02 oktyabr, 2023
  • 17:19
“Sabah” FİBA Avropa Kubokuna qələbə ilə başlayıb

“Sabah” basketbol komandası FİBA Avropa Kubokunda 2023/2024 mövsümünə qələbə ilə başlayıb.

“Report”un məlumatına görə, A qrupunda yer alan Azərbaycan çempionu Şimali Makedoniyada ilk sınağına Niderland təmsilçisi “Donar” önündə çıxıb.

Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində baş tutan qarşılaşma gərgin alınıb. Yekunda “Sabah” qroningenlilər üzərində 75:72 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Sabah” ikinci oyununu oktyabrın 3-də yerli komanda “Rabotniçki”yə (Skopye) qarşı keçirəcək.