Yuxarı

​Rusiyanın yüngül atletika yığması Pekin Olimpiadasının qızıl medalından məhrum edilib

Medal 2008-ci ildə 4x100 metr məsafəyə estafet yarışlarında qazanılmışdı

Bakı. 17 avqust. REPORT.AZ/ Rusiyanın yüngül atletika yığması 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarının 4x100 metr məsafəyə estafet yarışlarında qazanılan qızıl medaldan məhrum edilib.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin məlumatında bildirilir.

Qərar 2008-ci il Olimpiadasının dopinq nümunələrinin yoxlanılmasının yekunu üzrə qəbul olunub. Qaçış üzrə atlet Yuliya Çermoşanskayadan götürülən dopinq nümunəsi müsbət nəticə verib. Onun qanında iki qadağan olunmuş maddə aşkarlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi