Yuxarı

​Rusiyalı milyarder: Azərbaycan Avropa idmanında lider olmaq üçün çox iş görür

Alişer Usmanov Avropa Oyunları barədə fikirlərini bildirib

Bakı. 12 aprel. REPORT.AZ/ “Son 10 il ərzində Azərbaycan rəhbərliyi ölkənin Avropa idmanında lider mövqelərdən birini tutması üçün olduqca çox işlər həyata keçirir".

“Report” xəbər verir ki, bunu "Vestnik Kavkaz"a müsahibəsində rusiyalı iş adamı və mesenat Alişer Usmanov bildirib.

Onun sözlərinə görə, görülən işlər isə bu gün Avropa Oyunlarının keçiriləcəyi müxtəlif idman növləri üzrə məktəblərin yaradılması və qələbələrlə nəticələnəcək.

Usmanov Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti kimi bu yay Bakıda keçiriləcək Avropa Oyunlarına gələcək.

Milli yığmanın şansları barədə danışan Federasiya prezidenti qeyd edib ki, “adətən Avropa ölkələri həmişə lider olur, lakin bu gün artıq Yaponiya və Koreya kimi Asiya ölkələri də olduqca güclüdürlər. Şans olacaq. Ən güclü olan qalib gələcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi