Rusiyanın “Zareçye-2009” hokkey klubunun 15 yaşlı oyunçusu İvan Bajenov faciəvi şəkildə vəfat edib.
“Report” Nijni Novqorod Regional Hokkey Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançını qatar vurub və o, dərhal ölüb.
Hadisə Kstovski rayonunda baş verib. Hokkeyçi 15 yaşını aprelin 20-də tamamlayıb.
Qeyd edək ki, “Zareçye-2009” bu mövsüm yeniyetmələr arasında region çempionu olub.