Rafael Ağayev Avropa çempionatının finalına yüksəlib
Komanda
- 28 mart, 2019
- 20:01
Azərbaycan karateçisi Rafael Ağayev İspaniyanın Qvadalaxara şəhərində start götürən Avropa çempionatının finalına yüksəlib.
"Report"un məlumatına görə, 34 yaşlı idmançı buna 75 kq çəki dərəcəsində nail olub. Ağayev ardıcıl olaraq, Yusid Sulyiç (Bosniya və Herseqovina), Bekim Başa (Albaniya), Elhami Şabani (Kosovo) və Stanislav Horuna (Ukrayna) üzərində qələbə qazanıb. O, martın 30-da keçiriləcək həlledici görüşdə italiyalı Luici Busa ilə üz-üzə gələcək.
Həmin gün digər karateçilərdən Nuranə Əliyeva (50 kq), Asiman Qurbanlı (+84 kq) və kata növündə Roman Heydərov bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Rafael Ağayev indiyədək 5 dəfə dünya, 11 dəfə Avropa çempionu, eləcə də "Bakı 2015" I Avropa Oyunlarının qalibi olub.
Son xəbərlər
15:51
Video
Pakistanda toyda baş verən partlayışda bəy və gəlin ölüb
Digər ölkələr15:45
Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub
Fərdi15:29
Foto
Video
Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib
Energetika15:25
Ukraynada hərbi xidmətə çağırışla bağlı qaydalar sərtləşdirlir
Digər ölkələr15:23
Foto
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Hadisə15:02
Yeniyetmə və gənc voleybolçuların seçimi başlayır
Komanda14:49
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub
Hadisə14:33
İran polis rəisi: Dünən gecə mühüm həbslər həyata keçirilib
Region14:28