İsveçrənin Sankt-Morits şəhərində qarüstü polo üzrə 37-ci dünya kuboku başa çatıb.
Bu barədə "Report" Azərbaycan Atçılıq Federasiyasına istinadən xəbər verir.
Yanvarın 27-dən start götürən və 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə ölkəmizi Heydər Əliyev fondunun dəstəyi və Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə “Land of Fire” komandası təmsil edib.
Komandamız ilk görüşündəki rəqibi “Perrier Jouet” kollektivi ilə oyunda inamlı qələbə qazanıb, 2019-cu ilin qalibi “Badrutts Palace” ilə yarımfinal matçında əzmkarlıq nümayiş etdirərək rəqibini məğlub edib və turnirin həlledici final qarşılaşmasında “Clinique La Prairie” ilə üz-üzə gəlib.
Yanvarın 30-da Bakı vaxtı ilə saat 17:30-da start götürmüş final oyununa rəqib komanda reqlamentə uyğun olaraq yarım xal fərqlə öndə başlayıb. Lakin buna baxmayaraq, "Land Of Fire" komandası prinsipial oyunun bütün komponentlərində rəqibdən üstün olaraq 6-2.5 xal hesabı ilə qələbə qazanıb.
Finalda rəqib Fransanın “Klinik La Preri” komandası olub.