Qadın voleybolçular arasında Avropa çempionatının finalçıları məlum olub

Qadın voleybolçular arasında Avropa çempionatının finalçıları məlum olub Voleybol üzrə Avropa çempionatının yarımfinal matçında İtaliyayığması Hollandiya millisini məğlub edib.
Komanda
4 Sentyabr , 2021 02:40
Qadın voleybolçular arasında Avropa çempionatının finalçıları məlum olub

Voleybol üzrə Avropa çempionatının yarımfinal matçında İtaliya yığması Hollandiya millisini məğlub edib.

"Report" xəbər verir ki, oyun Belqradda baş tutub.

Görüş 3-1 hesabı ilə başa çatıb (25:19, 25:17, 16:25, 25:18).

Qeyd edək ki, bundan qabaq Serbiya millisi yarımfinalda Türkiyəni 3-1 hesabı ilə məğlub edib.

Üçüncü yer və final uğrunda görüş şənbə günü baş tutacaq.

Xatırladaq ki, İtaliya millisi 2009-cu ildən bəri ilk dəfə finalda oynayacaq. Onlar əvvəlki Avropa çempionatında üçüncü yeri tutmuşdu.

Serbiya millisi isə hazırkı Avropa çempionudur.

Son xəbərlər

Orphus sistemi