“Qarabağ” Avropa kubokunda III mərhələyə yüksəlib

“Qarabağ” Avropa kubokunda III mərhələyə yüksəlib Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa kubokunda III mərhələyə yüksəlib.
Komanda
6 Oktyabr , 2024 16:33
“Qarabağ” Avropa kubokunda III mərhələyə yüksəlib

Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa Kubokunda III mərhələyə yüksəlib.

"Report" xəbər verir ki, II mərhələnin cavab oyununda Lüksemburqun "Differdanj" kollektivi ilə qarşılaşan təmsilçimiz 26:25 hesabı ilə qalib gəlib.

İlk matçda da rəqibini 27:24 hesabı ilə üstələyən "Qarabağ" adını növbəti mərhələyə yazdırıb.

Qeyd edək ki, qarşılıqlı razılığa əsasən hər iki oyun Bakıda baş tutub. III mərhələnin görüşləri noyabrın 10-16-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi