Polina Rəhimova Azərbaycan milli komandasındakı karyerasını başa vurub

Polina Rəhimova Azərbaycan milli komandasındakı karyerasını başa vurub Braziliyanın Sesi Bauru klubunda çıxış edən Polina Rəhimova Azərbaycan milli komandasındakı karyerasını başa vurub.
Komanda
10 Yanvar , 2020 09:43
Polina Rəhimova Azərbaycan milli komandasındakı karyerasını başa vurub

Braziliyanın "Sesi Bauru" klubunda çıxış edən Polina Rəhimova Azərbaycan milli komandasındakı karyerasını başa vurub.

"Report"un məlumatına görə, bu barədə 29 yaşlı oyunçunun özü Avropa Voleybol Konfederasiyasının rəsmi saytına açıqlamasında bildirib. 

"Tokio olimpiadasından kənarda qaldıq. Növbəti oyun üçün hələ də həyəcanlıyam. Bu, millidə son oyunum olacaq", - o vurğulayıb. 

Azərbaycan millisi hazırda Hollandiyanın Apeldorn şəhərində keçirilən 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində mübarizə aparır. A qrupunda yer alan komanda Hollandiyaya 0:3, Bolqarıstana isə 1:3 hesabı ilə uduzub. Bununla da Vasif Talıbovun baş məşqçi olduğu kollektivin qrup sonuncusu olacağı dəqiqləşib. Yanvarın 11-də Polşa ilə keçirəcəyi son tur matçının nəticəsindən asılı olmayaraq, Azərbaycan millisi olimpiadaya lisenziya qazana bilməyib. 

Qeyd edək ki, Polina Rəhimova Azərbaycan millisinə 2007-ci ildən çağırılmağa başlayıb. 

Son xəbərlər

Orphus sistemi