Bu gün Novxanı Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Peşəkar Çövkən Liqasının IV turunun növbəti oyunları keçirilib.
"Report" xəbər verir ki, ilk olaraq “Sərhədçi” və “Köhlən” komandaları arasında baş tutan mübarizə birincilərin 10:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ardınca "Zəfər" kollektivi “Embawood” komandasına 6:1 hesabı ilə qalib gəlib.
10 komandanın mübarizə apardığı çempionatın V turunun oyunları avqustun 6-dan 7-dək baş tutacaq.