"Ordu"nun basketbolçusu: “Quba” ilə oyunda asan qələbə qazanacağımızı düşünürdüm"

"Ordu"nun basketbolçusu: “Quba” ilə oyunda asan qələbə qazanacağımızı düşünürdüm" “Quba” ilə görüşdə asan qələbə qazanacağımızı düşünürdüm.
Komanda
9 Dekabr , 2024 20:20
Ordunun basketbolçusu: “Quba” ilə oyunda asan qələbə qazanacağımızı düşünürdüm

“Quba” ilə görüşdə asan qələbə qazanacağımızı düşünürdüm.

"Report" xəbər verir ki, bunu "Ordu”nun basketbolçusu Rüstəm Əliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Kapitan Azərbaycan Basketbol Liqasının V turunda "Quba"ya məğlub olduqları oyun barəsində danışıb:

“Quba” ilə görüşdə asan qələbə qazanacağımızı düşünürdüm. Ancaq belə olmadı. Həm içəridən, həm də 3 xallıq atışlarda dəqiq oynaya bilmədik. Müdafiədə də pis təsir bağışladıq. Xüsusilə sürətli hücumlar üzərində işləyirik. Səhvlərimizi təhlil edirik ki, gələcək matçlarda belə halla qarşılaşmayaq".

O, VI turda üz-üzə gələcəkləri "Sumqayıt" görüşünün çətin keçəcəyini söyləyib:

“Sumqayıt”ı səfərdə məğlub etmişik. Amma bu qarşılaşma daha çətin olacaq. Onlar yeni oyunçularla gücləniblər, rotasiya imkanları artıb. Xüsusilə son matçları göstərir ki, komandada ab-hava dəyişib. Amma biz də meydana yalnız qələbə üçün çıxacağıq. Hazırda bütün diqqətimizi bu oyuna yönəltmişik".

Qeyd edək ki, "Ordu" yer aldığı B qrupunda 8 xalla ikinci sırada qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi