Mən səhvlərin üzərində çox dayanan məşqçiyəm və onların tez bir zamanda aradan qaldırılmasını istəyirəm.
"Report"un məlumatına görə, bunu "Ordu" basketbol klubunun baş məşqçisi Alberto Blanko "Şəki"yə qarşı Azərbaycan Basketbol Liqasının II turunun görüşündən sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis yaxşı oyun sərgilədiklərini bildirib:
“Birinci hissəni çox yaxşı oynadıq. İkinci periodda da işlər pis getmirdi. Yalnız 3-cü hissə xoşuma gəlmədi. Çünki ilk 2 hissədəki kimi oynaya bilmədik. Bəzi məqamlarda rəqibdən geri qalırdıq. İstəyirəm ki, hər zaman bu günkü oyunun ilk periodlarındakı kimi çıxış edək. Mən səhvlərin üzərində çox dayanan məşqçiyəm və onların tez bir zamanda aradan qaldırılmasını istəyirəm. Bütün diqqətimizi öz inkişafımıza yönəltməliyik".
Qeyd edək ki, "Ordu" - "Şəki" qarşılaşması birincilərin 104:84 hesablı qələbəsi ilə yekunlaşıb.