Yuxarı

​Olimpiya oyunlarına daha 8 idman növü əlavə oluna bilər

Bu haqda yekun qərar 2016-cı ilin avqustunda qəbul ediləcək

Bakı. 22 iyun. REPORT.AZ/ 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına daha 8 idman növü əlavə oluna bilər.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

Xəbərdə bildirilib ki, beysbol/softbol, boulinq, karate, diyircəkli konki, dağadırmanma, skvoş (tennisin növü), serfinq və uşunun olimpiya oyunlarına əlavə edilməsi mümkündür. 

Məlumata görə, əvvəlcə seçim üçün siyahıya 26 idman növü daxil edilmişdi.

Adıçəkilən 8 idman növünün təsdiqlənməsi haqda yekun qərar 2016-cı ilin avqustunda qəbul olunacaq.

Qeyd edək ki, 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarına beysbol/softbol daxil olduğundan bu növün təsdiqlənməsi ehtimalı böyükdür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi