Nərgiz İsmayılova “Çağırış Kuboku”nun finalına təyinat alıb

Nərgiz İsmayılova “Çağırış Kuboku”nun finalına təyinat alıb Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılova kişi voleybolçular arasında “Çağırış Kuboku”nun final oyununa təyinat alıb.
Komanda
15 Mart , 2023 10:00
Nərgiz İsmayılova “Çağırış Kuboku”nun finalına təyinat alıb

Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılova kişi voleybolçular arasında “Çağırış Kuboku”nun final oyununa təyinat alıb.

“Report”un məlumatına görə, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Yunanıstanın “Olimpiakos” və İsrailin “Makkabi” (Təl-Əviv) klubları arasında keçiriləcək finalın cavab matçında supervayzer funksiyasını yerinə yetirəcək.

Bu gün Yunanıstanda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. İlk dueldə “Olimpiakos” 3:0 hesablı qələbə qazanıb.

CEV-in bu matç üçün təyinatına əsasən, İsmayılova görüşün hakimləri serbiyalı Predraq Balandziç və polşalı Maqdalena Nivarovskanın işinə qiymət verəcək.

Son xəbərlər

Orphus sistemi