Azərbaycan millisinin voleybolçusu "Volero"ya transferinin səbəbini açıqlayıb

Azərbaycan millisinin voleybolçusu "Volero"ya transferinin səbəbini açıqlayıb "Çünki ora Rusiya idi"
Komanda
5 Yanvar , 2015 11:04
Azərbaycan millisinin voleybolçusu Voleroya transferinin səbəbini açıqlayıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycanın qadınlardan ibarət milli komandasının voleybolçusu Natalya Məmmədova İsveçrənin "Volero" klubuna 7 ildən sonra qayıdışının səbəbini açıqlayıb. "Report"un məlumatına görə, 31 yaşlı hücumçu "World of Volley" nəşrinə müsahibəsində Sürixi çox sevdiyini və özünü evindəki kimi hiss etdiyini bildirib. 

N.Məmmədova "Volero"ya getməmişdən öncə çıxış etdiyi Rusiya "Omiçka"sı ilə hazırkı klubunu müqayisə edib: "Sürix və onun ab-havası xoşuma gəlir. Omskda isə çətinliklər vardı. Çünki ora Rusiya idi. Söhbət maliyyə məsələlərində deyil. Əmək haqqımı vaxtlı-vaxtında alırdım. Rusiya böyük ölkədir və tez-tez səfərlər etməli olurduq. Lakin indi geriyə boylandıqda Rusiyada yaxşı dövr keçirdiyimi deyə bilərəm". 

Təcrübəli voleybolçu "Omiçka"da çıxış edən qızlarla və baş məşqçi ilə indi də təmasda, əla münasibətlərdə olduğunu əlavə edib. O, "Volero"da əsas hədəflərinin klublararası dünya çempionatında qalibiyyət və Çempionlar Liqasında "Dördlər finalı"na yüksəlməkdən ibarət olduğunu bildirib. 

Qeyd edək ki, Natalya Məmmədova 2003-cü ildən Azərbaycan milli komandasında çıxış edir. 

Son xəbərlər

Orphus sistemi