Mingəçevirdə suda kütləvi üzmə yarışı keçirilib

Mingəçevirdə suda kütləvi üzmə yarışı keçirilib Gənclər və İdman Nazirliyi Mingəçevir şəhərində su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə “Kürü keçək” adlı suda kütləvi üzmə yarışı təşkil edib.
Komanda
1 Oktyabr , 2022 16:14
Mingəçevirdə suda kütləvi üzmə yarışı keçirilib

Gənclər və İdman Nazirliyi Mingəçevir şəhərində su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə “Kürü keçək” adlı suda kütləvi üzmə yarışı təşkil edib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, turnirin açılışını gənclər və idman naziri Fərid Qayıbov edib və iştirakçılara uğurlar arzulayıb.

Yarışda bütün rayon və şəhərlərdən 100-ə yaxın peşəkar və həvəskar idmançı qüvvəsini sınayıb. Gərgin idman mübarizəsi şəraitində keçən turnirin sonunda qaliblərin adı müəyyənləşib. İlk üç yeri tutan idmançılar medal diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Xatırladaq ki, ilk dəfə açıq suda üzmə yarışı iyunun 20-də Bakıda, Xəzər dənizində təşkil edilib. Mingəçevirdə keçirilən yarışda 5 yaş qrupu üzrə ümumilikdə 100-dən çox kişi və qadın iştirakçı finişə çatmaq üçün Kür çayının hər iki sahili arasında 300 metr məsafəni üzüblər. Budəfəki yarışın ən gənc iştirakçısının 14, ən yaşlı üzgüçünün isə 53 yaşı olub.

Qadınlar arasında Milanə Xəlilova, Zeynəb Kərimova (15-19 yaş), Lalə Əzizova (20-29 yaş), Yelena Şipova (30-49 yaş), İrina Vereşagina, Svetlana Yevkina, Nailə Novotorjina (40-49 yaş), Alyona Süleymanova (50+) fərqləniblər.

Kişilər arasında isə Bəhram Şabanlı (10-14 yaş), Səid Həmidov, Səid Zairov, Teymur Sadıqov (15-19 yaş), Əli Adıgözəlli, Toğrul Məmmədli, Tural Həsənzadə (20-29 yaş), Emil İbrahimov, Ümid Məmmədov, Teymur Quliyev (30-39 yaş), Denis Novotorjin, Ramil Məmmədov, Samir Cavadov (40-49 yaş), İnnurov Zirek, Elgiz İsmayılov, Sergey Stisyuk (50+) öz kateqoriyalarında qalib gəliblər.

Son xəbərlər

Orphus sistemi