“Lokomotiv”in voleybolçusu İstanbulda gecə klubunda müğənni ilə dalaşıb

“Lokomotiv”in voleybolçusu İstanbulda gecə klubunda müğənni ilə dalaşıb Rusiyanın “Lokomotiv Kalininqrad”ın türkiyəli voleybolçusu Ebrar Karakurt İstanbulda gecə klubunda dava salıb.
Komanda
6 Mart , 2024 02:18
“Lokomotiv”in voleybolçusu İstanbulda gecə klubunda müğənni ilə dalaşıb

Rusiyanın “Lokomotiv" (Kalininqrad) klubunun türkiyəli voleybolçusu Ebrar Karakurt İstanbulda gecə klubunda dava salıb.

“Report” xəbər verir ki, bu barədə Ensonhaber məlumat yayıb.

Qeyd olunub ki, spirtli içkini çox qəbul edən idmançı sərxoş vəziyyətdə səhnəyə çıxıb və konsertdə çıxış edən türkiyəli sənətçi Melsum Erdostun mikrofonunu əlindən alaraq oxumağa başlayıb.

Mənbənin sözlərinə görə, voleybolçu ilə müğənni arasında qısamüddətli dava düşüb, bundan sonra mühafizəçilər vəziyyətə müdaxilə edərək, idmançını klubdan çıxarıblar.

Karakurtun 24 yaşı var və cari mövsümün əvvəlindən “Lokomotiv”də çıxış edir. 2023-cü ildə Türkiyə millisinin tərkibində Avropa çempionatının və Millətlər Liqasının qalibi olub.

Rusiya Superliqasının müntəzəm çempionatında Karakurt 442 xal toplayaraq bombardir olub.

Kalininqrad “Lokomotiv”i cari mövsüm turnir cədvəlində dördüncüdür. Komanda 6 məğlubiyyət fonunda 17 qələbə qazanıb və 54 xal toplayıb. Növbəti mərhələdə “Lokomotiv” martın 10-da “Minsk”i qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi