​"Lokomotiv" Çempionlar Liqasının "pley-off" mərhələsində ilk oyununa çıxır

​"Lokomotiv" Çempionlar Liqasının "pley-off" mərhələsində ilk oyununa çıxır Rəqib Natalya Məmmədovanın klubu olacaq
Komanda
10 Fevral , 2016 11:32
​Lokomotiv Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxır

Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanın voleybolçu qadınlardan ibarət "Lokomotiv" klubu Çempionlar Liqasının "pley-off" mərhələsində ilk görüşünə çıxacaq. "Report"un məlumatına görə, rəqib İsveçrənin "Volero" klubu olacaq.

Sürix təmsilçisi artıq paytaxta gəlib və "Hilton" hotelində məskunlaşıb. Uzun müddətdir zədə səbəbində Azərbaycan millisinə dəvət almayan Nataliya Məmmədova da paytaxta gələnlər sırasındadır. Bakı klubunun heyətində isə Ayşən Əbdüləzimova zədəlidir. Əməliyyat olunan voleybolçu bugünkü oyunu buraxmalı olacaq. Belədə 12 voleybolçu ilə qalan "Lokomotiv" cərimələnməməkdən ötrü gənclərdən ibarət komandasından Valeriya Zaqorskayanı Çempionlar Liqasına sifariş edib. 

Görüşü yunanıstanlı Vuduris Konstantinos və almaniyalı Ralf Barnstorf idarə edəcək. Voleybol Mərkəzində keçirilək qarşılaşma saat 18:00-da start götürəcək.

Qeyd edək ki, cavab görüşü fevralın 25-də Sürixdə olacaq.

Son xəbərlər

Orphus sistemi