"Lənkəran"ın baş məşqçisi:  "Uzaqdan atışları lazımi şəkildə yerinə yetirə bilmədik"

"Lənkəran"ın baş məşqçisi:  "Uzaqdan atışları lazımi şəkildə yerinə yetirə bilmədik" Uzaq atışlarımızı lazımi şəkildə yerinə yetirə bilmədik.
Komanda
4 mart 2025 17:16
Lənkəranın baş məşqçisi:  Uzaqdan atışları lazımi şəkildə yerinə yetirə bilmədik

Uzaqdan atışları lazımi şəkildə yerinə yetirə bilmədik.

"Report" xəbər verir ki, bunu "Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç Azərbaycan Basketbol Liqasının XVI turunda evdə "Sumqayıt"la görüşdən sonra klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

Mütəxəssis rəqibin hücumlarının daha effektli olduğunu vurğulayıb:

"Şəkidəki oyundan sonra komandada yol yorğunluğu var idi. Həm də kasad heyətlə mübarizə aparırdıq. Uzaqdan atışları lazımi şəkildə yerinə yetirə bilmədik. Rəqib bizdən daha yaxşı hücum edirdi. Oyunun əvvəlində üstünlüyümüz var idi. Amma bu, sonda da belə olacağı anlamına gəlmir. Basketbolda 11 xallıq fərqi bir neçə dəqiqəyə "əritmək" mümkündür. Biz rəqibə bunu etməyə imkan verdik".

Qeyd edək ki, "Lənkəran" - "Sumqayıt" matçı qonaq komandanın 88:83 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi