"Land of Fire" İsveçrədəki Dünya Kubokunun qalibi olub

"Land of Fire" İsveçrədəki Dünya Kubokunun qalibi olub Azərbaycanın "Land of Fire" komandası İsveçrənin Sankt Moritz şəhərində keçirilən 38-ci qarüstü polo üzrə Dünya Kubokunun qalibi olub.
Komanda
30 Yanvar , 2023 09:22
Land of Fire İsveçrədəki Dünya Kubokunun qalibi olub

Azərbaycanın "Land of Fire" komandası İsveçrənin Sankt Moritz şəhərində keçirilən 38-ci qarüstü polo üzrə Dünya Kubokunun qalibi olub.

Dövlət Sərhəd Xidmətindən (DSX) "Report"a verilən məlumata görə, bütün görüşlərdə qələbə qazanan kollektiv finalda yerli "Sankt Moritz"lə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı heç-heçə yekunlaşıb, əlavə olunan vaxtda "Land of Fire" qızıl topu vuraraq 6-5 hesabı ilə qələbə qazanıb.

Tədbirin sonunda idmançılara turnirin kuboku və xatirə hədiyyələri təqdim olunub. Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev komanda üzvlərini qazandıqları qələbə münasibəti ilə təbrik edib. Bununla da Azərbaycan poloçuları ikinci dəfə qarüstü polo üzrə Dünya Kubokunun sahibi olub.

Qeyd edək ki, yarışda 6 komanda mübarizə aparıb.

Son xəbərlər

Orphus sistemi