İslamiada: Qadın basketbolçulardan ibarət Azərbaycan millisi yarımfinala çıxıb

İslamiada: Qadın basketbolçulardan ibarət Azərbaycan millisi yarımfinala çıxıb Qadınlardan ibarət 3x3 basketbol növü üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 1/4 final oyununa çıxıb.
Komanda
16 Avqust , 2022 21:25
İslamiada: Qadın basketbolçulardan ibarət Azərbaycan millisi yarımfinala çıxıb

Qadınlardan ibarət 3x3 basketbol növü üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 1/4 final oyununa çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma yarımfinala gedən yolda Qətər seçməsi ilə qarşılaşıb. Matça sürətli start verən Azərbaycan yekunda 21-2 hesablı asan qələbə qazanıb.

Qeyd edək ki, milli komandanın yarımfinaldakı rəqibi Özbəkistan olacaq. Avqustun 17-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 18.45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi