İslamiada: Azərbaycanın kişi qılıncoynatma millisi finala yüksəlib

İslamiada: Azərbaycanın kişi qılıncoynatma millisi finala yüksəlib Kollektiv həlledici görüşdə İran seçməsi ilə üz-üzə gələcək
Komanda
17 Avqust , 2022 12:06
İslamiada: Azərbaycanın kişi qılıncoynatma millisi finala yüksəlib

Azərbaycanın şpaqa üzrə kişilərdən ibarət milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib. 

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma yarımfinalda Özbəkistana 45:32 hesabı ilə qalib gəlib. 

Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət kollektiv həlledici görüşdə İran seçməsi ilə üz-üzə gələcək.

10:48

Azərbaycanın şpaqa üzrə kişilərdən ibarət milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.

Azərbaycan Qılıncoynatma Federasiyasından "Report"a verilən məlumata görə, Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət seçmə kollektiv kişi şpaqaçıların komanda yarışında 1/4 finalda Birləşmiş Ərəb Əmirlikləri yığmasına 45:33 hesabı ilə qalib gəlib.

Milli yarımfinalda Özbəkistan yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 11:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi