İslamiada: Azərbaycanın kişi cüdo millisi finala çıxıb
Komanda
- 17 avqust, 2022
- 10:21
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın cüdo kişi milli komandası finala çıxıb.
"Report"un Konyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, kişi cüdo millisi əvvəl Bəhreyni, daha sonra yarımfinalda Tacikistanı 3:1 məğlub edərək finala çıxıb. Kişi millisi finalda meydan sahibi Türkiyə ilə qarşılaşacaq.
Qadın millisi isə Türkmənistanı 3:0 məğlub etsə də, 1/4 finalda Əlcəzairə 2:3 hesabı ilə uduzub. Azərbaycan millisi bürünc medal üçün təsəlliverici görüşdə isə Seneqala 3:1 qalib gəlib.
Qeyd edək ki, fərdi yarışlarda Azərbaycan cüdoçuları 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.
Son xəbərlər
11:10
Rusiya Xersona dronla zərbə endirib: ölənlər və yaralananlar var
Digər ölkələr11:05
Qurban Qurbanov: "Qarabağ" çox vacib səfərə çıxacaq"
Futbol11:02
Sabah Astaranın üç kəndində qaz olmayacaq
Energetika11:00
Azərbaycanın 7 ayda ixrac etdiyi neftin 59 %-ni İtaliya alıb
Energetika10:57
Azərbaycan boksçusu Əli Baxışov Avropa çempionatının yarımfinalına yüksəlib
Fərdi10:57
Ukraynada keçmiş deputatlar və Prezident Ofisi əməkdaşlarına qarşı xüsusi əməliyyat keçirilir
Digər ölkələr10:48
Foto
Azərbaycan jurnalistləri Daşkənddəki "TEXNOPARK" kompleksini ziyarət ediblər
Media10:46
Rüfət Abdullazadə: "Hapoel" İsrail çempionatının ən təcrübəli və intizamlı komandalarından biridir"
Futbol10:46