İslamiada: Azərbaycanın basketbol millisi növbəti qələbəsini qazanıb

İslamiada: Azərbaycanın basketbol millisi növbəti qələbəsini qazanıb Basketbolun 3x3 növü üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizəyə start verib.
Komanda
13 Avqust , 2022 22:22
İslamiada: Azərbaycanın basketbol millisi növbəti qələbəsini qazanıb

Basketbolun 3x3 növü üzrə Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb. 

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Amil Həmzəyev, Zaur Paşayev, Orxan Aydın və Endar Poladxanlıdan ibarət yığma C qrupunun ikinci tur maçtında Türkiyəni 21:12 hesabı ilə üstələyib. 

Qeyd edək ki, komanda qrupdakı növbəti oyunlarını avqustun 15-də Mərakeş və Qabona qarşı keçirəcək. 

17:42

Basketbolun 3x3 növü üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizəyə start verib.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Amil Həmzəyev, Zaur Paşayev, Orxan Aydın və Endar Poladxanlıdan ibarət yığma C qrupunun ilk turunda Mali seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan yığmasının 18:15 hesablı qələbəsi ilə yekunlaşıb.

Komanda bu gün Bakı vaxtı ilə saat 22:00-da Türkiyə ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi