İslamiada: Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazanıb

İslamiada: Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazanıb Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazanıb.
Komanda
16 Avqust , 2022 19:57
İslamiada: Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazanıb

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazanıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, üzgüçü Ramil Vəlizadə finişə hamıdan tez çatıb.

O, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə 01:58.26 saniyə nəticə göstərib.

Qadın üzgüçü Məryəm Şeyxəlizadəxangah isə 100 metr məsafədə batterflay üsulu ilə üzmədə yarımfinal mərhələsini 01:01.28 saniyə nəticə ilə birinci pillədə tamamlayıb və finala yüksəlib. O həm də İslamiada rekordu qırıb. 

Qeyd edək ki, bu, Azərbaycanın qazandığı 22-ci qızıl medaldır.

Son xəbərlər

Orphus sistemi