Bakı. 15 noyabr. REPORT.AZ/ Noyabr ayının 16-da Bəhreyndə hərbçilər arasında qolf üzrə 8-ci dünya çempionatı start götürəcək.
"Report" "Bahrain News Agency"yə istinadən xəbər verir ki, çempionat Bəhreyn kralı Həməd ibn İsa əl Xəlifənin hamiliyi ilə keçirilir.
6 gün davam edəcək çempionatda 16 ölkə iştirak edəcək.
Azərbaycan çempionata supervayzer qismində təmsil olunacaq.