Nazirlik rəsmisi: “Reqbi Federasiyasının sənədləşməsində hüquqi problemlər var”

Nazirlik rəsmisi: “Reqbi Federasiyasının sənədləşməsində hüquqi problemlər var” “Reqbi Federasiyasının sənədləşməsində hüquqi problemlər var”.
Komanda
30 Dekabr , 2022 09:51
Nazirlik rəsmisi: “Reqbi Federasiyasının sənədləşməsində hüquqi problemlər var”

“Reqbi Federasiyasının sənədləşməsində hüquqi problemlər var”.

Bunu “Report”a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev Azərbaycan Reqbi Federasiyasının vitse-prezidenti Eldar Kərimovun nazirlik haqda fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, akkreditasiyadan keçməyən təkcə Reqbi Federasiyası deyil: “Biz bütün idman federasiyalarının sənədlərini tam qaydasına salıb, hüquqi problemləri olmadan fəaliyyət göstərməsinə çalışırıq. Hazırda klub kimi fəaliyyətlərini davam etdirmələrində isə heç bir problem yoxdur”.

Qeyd edək ki, Reqbi Federasiyasının vitse-prezidenti və “Qarabağ” reqbi klubunun təsisçisi Eldar Kərimov “Report”a müsahibəsində federasiya olaraq Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunmadıqlarını, akkreditasiyadan keçmədikləri üçün tam fəaliyyəti davam etdirə bilmədiklərini söyləyib.

Son xəbərlər

Orphus sistemi